Azərbaycan Premyer Liqasında sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, PFL-in təqdim etdiyi futbolçu, klublardan ən çox səs alan 2 futbolçu və ötən ay çox qol vuran futbolçu arasından azarkeşlər tərəfindən seçilir.
Sentyabr ayının ən yaxşı futbolçusu "Kəpəz"in braziliyalı müdafiəçisi Renan da Silva Alveş seçilib.
Sentyabr ayının ən yaxşı futbolçusu adına namizədlər sırasında "İnter"dən Rauf Əliyev, "Qəbələ"dən Baqali Dabo, Dmitri Bezotosnı da yer alırdılar. 6290 nəfərin iştirak etdiyi səsvermədə səslərin 44%-ini toplayan Renan Alveş qalib olub.