Ermənistan "İsgəndər" raket kompleksi məsələsində çox spekulyasiya edir və guya hərbi sahədə üstünlüklərini göstərmək istəyir.
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, əvvəlcə "İsgəndər" kompleksinin həqiqətən Ermənistana verildiyini, yoxsa Ermənistandakı Rusiya hərbi bazasına gətirildiyini müəyyənləşdirmək lazımdır: "Ermənilər son vaxtlar bu məsələ ilə bağlı çox spekulyasiya edirlər və guya hərbi sahədə üstünlüklərini göstərmək istəyirlər. Bununla qətiyyən razı deyiləm. Azərbaycan Ordusunda erməniləri yerində oturtmaq üçün kifayət qədər müasir silahlar var. Buna görə narahatlığa heç bir əsas yoxdur".