Unikal.org primetime.az-a istinadən xəbər verir ki, xalq artisti Aygün Kazımova bu gün paytaxtın Binə Ticarət Mərkəzində yerləşən "Happy Shop" mağazasının açılış mərasimində iştirak edib. Açılışa qatılan müğənni, yeni kolleksiyadan olan brendləri həvəslə geyinərək, podiuma doğru yol alıb. A.Kazımovanın mağazanın içində qurulan mini səhnəyə tay-keş ayaqqabı ilə çıxması diqqətdən yayınmayıb.
Kompleksiz ulduz, əməkdar artist Elza Seyidcahanı axtararaq, "Hanı Elza? Onu çağırmamısınız? Elzasız tədbir olar?" deyərək, zarafatlarından qalmayıb. Mağazanın açılışı üçün hazırlanmış tortu kəsən Aygün xanım, üzünü müğənni Günay İbrahimliyə tutub: "Günka, hardasan? Elza yoxdur, sən gəl" sözlərini deyib. Xatırladaq ki, bir-neçə il bundan əvvəl tədbirlərin birində Aygün Kazımova ilə Elza Seyidcahan arasında tort üstündə qalmaqal yaşanmışdı. Uzun müddət küsülü qalan sənətçilərin münasibətindəki soyuqluq, hələ də davam edir.