"V Element" verilişinin qonağı olan xalq artisti Aygün Kazımova aparıcıların sualalarını cavablandırıb. Xalq artisti müğənni qızı İlqarəyə dəstək olmasından danışıb:
"Uşaq vaxtı qızımda o istedadı görmüşdüm və təbii ki, İlqarə tək başına heç nə görə bilməzdi. Ona görə onu mən yönəldirdim, hazırlaşdırırdım. Artıq böyüyəndən sonra, qərar vermək vaxtına çatanda, o, özü seçim etdi. İstəyər sənətinə davam edər, istəməzdə ki etməz. Bu, onun öz işidir".
Unikal.org primetime.az-a istinadən xəbər verir ki, A.Kazımova qızına həyat yoldaşının, yəni İlqarənin atasının adını verdiyindən də söz açıb:
"Övladım dünayaya gələndə heç bilmirdim oğlum olacaq, yoxsa qızım. O, doğulandan sonra həkim uşağı yanıma gətirdi, elə bil onun atasını gördüm. İnsan-insana necə də bənzəyərmiş. Həmin an da İlqarə adını fikirləşdim. Çünki bilisiniz ki, elə ad yoxdur. Hələ indi bu adı yeni doğulan uşaqlara verirlər". Verilişin aparıcılarından olan Kamilənin xalq artisinə "Aygün Kazımova Namiq Qaraçuxurlu ilə bərabər olsaydı, indi necə olardı?" sualına bu dəfə aparıcı Fariz İlyasov cavab verib:
"Məncə Aygün hazırda zirvədə olmazdı".
Xalq artisti də, öz növbəsində, aparıcı ilə razılaşıb: "Necə də düz buyurdu. İndi də Namiq Qaraçuxurlu ilə birgə olsaydım, zirvədəki yerimi qoruyub saxlaya bilməzdim. Bəli, Namiq Qaraçuxurlu məni zirvədən endirib. Namiq barədə danışıb, onu reklam etmək istəmirəm".
Xalq artisti bu sözləri deməklə, meyxanaçının ona yarşmadığına və sənətinə kölgə salacağına işarə edib.