ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı müğənni Niyam Salami olub.
Unikal.org-un məlumatına görə, ifaçı həyatda aldığı zərbələrdən danışıb:
"Həyatda aldığım ilk zərbə bir restoran müdirindən olub. Hansı işə başladımsa, ona canımı, qanımı qoyuram. Həmin restoranın açılmasında mənim əziyyətim çox olub. Qabaqcadan pul almadım. Mən elə adamam ki, "can" sözünə görə başımı kəsərəm. Həmin adam üçün çox şey etdim. Pulumdan əlavə mənə böhtan atdı. Bu mənə dərs oldu. İnsan çox böyük gücə malikdir. Başımdan artığını da, bildiyimdən əksiyini də danışmıram. Ağıl verməyi sevmirəm, ancaq etdiyimi məsləhət görürəm. Baxırsan ki, bir müğənni efirə çıxır, qabında olandan artığını danışır. Özün kimi danış da".