Konyadakı səfərindən sonra Trabzona gələn prezident Rəcəb Tayyib Ərdoğan, hava limanında onu qarşılayan tərəfdarlarının qarşısında çıxış edib.
Unikal.org xəbər verir ki, bu dəfədə Ərdoğanın çıxışında maraqlı sitatlar olub.
Hərbiçilərin 15 iyul dövlət çevrilişində cəhdi zamanı şəhid olanları xatırladan Ərdoğan, bunları qeyd edib:
"Burada mənim işçimin böyük qardaşı Professor Dr. İlhanda şəhid oldu. Baxın onun vəzifəsi professordur. Amma o, profes adından daha uca ada sahib olub bu dünyadan köçdü. O da şəhadətə getdi, o da şəhid oldu. Dünya malı harada qalır? Burada qalır. Paran, pulun hər şeyin harada qalır? Burada qalır. Prezident olsan nə, baş nazir olsan nə, multimilyarder olsan nə? Hamısı müvəqqətidir. Nə deyirdim sizə xatırlayın, biz bir gün ölməyəcəyik, elə deyilmi? Öleceyiz. Bir adam kimi ölmək var, bir şey söyləyəcəkdim amma onu söyləməyəcəyəm, bir də madam kimi ölmək var. Amma adam kimi ölək. Sonra bizi defn edecek yer nə qədər? İki kvadratmetr deyil mi? Oraya basdıracaqlar. Molla gələcək, nə deyəcək? Prezidentin niyyətinə, baş qərargah başçısı niyyətinə, baş nazir niyyətinə, millət vəkili niyyətinə, multimilyarder zəngini idi, onun niyyətinə? Yox ya.. Bizi basdıracaq və çəkib gedəcəklər".