İsveçrənin Lozanna şəhərində Suriya üzrə danışıqlar artıq başlayıb.
Unikal.org-un "Postaya istinadən verdiyi məlumata görə, Bakı vaxtilə saat 18:30-da başlayan toplantıdan öncə Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında görüş olub.
Lozannada "Beau-Rivage Palace hotelində keçirilən toplantıya ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, İraq, İran və Qətər qatılıb.
İraq XİN rəhbəri İbrahim Cəfəri və iranlı həmkarı Cavad Zərif də danışıqlarda iştirak edib.
Suriya ilə bağlı 4 saatdan çox davam edən danışıqlar artıq yekunlaşıb.