Ötən gecə Litvanın səhiyyə naziri Yuras Pojela 34 yaşında vəfat edib.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Litva Sosial-Demokrat Partiyasının nümayəndəsi Alqirdas Sisas bildirib.
Y. Pojela Vilnüsdə xəstəxanada ölüb. Avqust ayında mədəaltı vəzin soyuqdəyməsi (pankreatit) xəstəliyi ilə xəstəxanaya yerləşdirilib və müalicəyə başlanılıb.
Qeyd edək ki, Y. Pojelabu bu ilin martında səhiyyə naziri təyin edilib. Litva prezidenti Dalya Qribauskayte bildirib ki, Y. Pojelanın timsalında Litva gənc, perspektivli, gəncliyinə baxmayaraq, insanların etimadını qazanmış bir siyasətçini itirib.