Türkiyənin Qaziantep şəhərində partlayış olub.
Unikal.org Milliyet-ə istinadən bildirir ki, polis zirehli texnika ilə Qaziantep Universitetinin qarşısındakı 500 Evlər məhəlləsində bir evdə xüsusi əməliyyat keçirərkən canlı bomba özünü partladıb. Hadisədə polislərin yaralandığı deyilir. Digər canlı bomba isə polislərlə atışmağa başlayıb.
Partlayış baş verən bölgədə böyük panika yaşanır. Əraziyə çox sayda tibb və xilasedici briqadaları göndərilib.
İlkin məlumata görə, 10 nəfər yaralanıb.