Tovuz rayonunun cəbhə kəndi Əlibəylidə sakinlərin həm iribuynuzlu, həm də xırda buynuzlu heyvanları düşmənin qurduğu tələyə düşüb.

Unikal.org ARB Kəpəz-ə istinadən xəbər verir ki, Ötən gün dumanlı çiskinli havada Fatma Əliyeva inəyi örüşə buraxıb, bir neçə dəqiqə sonra isə güclü partlayış səsi eşidilib.

Mal-qara sahibi heyvanların otladığı əraziyə baxanda isə iribuynuzlunun minaya düşərək məhv olmasına şahidlik edib. Eyni vəziyyət bir neçə gün öncə zərərçəkənin qonşusu Sevil Hüseynovanın da başına gəlib. Kənd sakinin 3 baş iribuynuzlu heyvanı,10-a yaxın isə qoyun-quzusu minaya düşüb. Sakinlər bildirirlər ki, isti yay günlərində qəsdən yanğınlar törədən düşmən otlaq sahələrini yararsız hala salıb. Hazırkı dövürdə isə mal-qara qida üçün dağlıq əraziyə, düşmənin minalı sahələrinə doğru istiqamət alır ki, bu da sonda heyvanların ölümü ilə nəticələnir.

Əlibəylidə erməni tələsi - FOTO