Amerikanın pop müğənnisi və aktrisası Rianna (Robin Rianta Fenti) populyarlaşdığı ABŞ-dan daha çox Barbados adasında məşhurdur.

Unikal.org xəbər verir ki, əslən Barbados adasından olan sənətçi burada hər kəs tərəfindən sevilir. Hətta o dərəcədə ki, 2008-ci ildən etibarən adada hər il Riannanın şərəfinə bayram keçirilir.

300 mindən çox əhalisi olan Barbadosda 22 fevral günü qeyri-iş günü sayılır. Həmin günü ölkədə "Rianna bayramı" keçirilir.