ATƏT-in Minsk qrupunun həmsədrləri bu həftənin sonu regiona gəlməyi planlaşdırırlar.

Unikal.org xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O, səfərin dəqiq tarixini açıqlamayıb.

Qeyd edək ki, həmsədrlər Azərbaycanla yanaşı, Ermənistan və işğal altındakı Dağlıq Qarabağa da səfər edəcəklər.