Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "Gələcək Qüvvələr Forumu-2016"da iştirak etmək üçün oktyabrın 17-də Çexiyanın paytaxtı Praqa şəhərinə gedib.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Z.Həsənovu foruma Çexiyanın müdafiə naziri Martin Stropnitski dəvət edib.

Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.

Tədbir çərçivəsində Z.Həsənov çexiyalı həmkarı M.Stropnitski və bir sıra digər rəsmi şəxslərlə görüşəcək.