Azərbaycan Respublikasında 28 May - Respublika Günü münasibəti ilə qəbul olunan amnistiya aktının icrası başa çatıb.

Unikal.org-un xəbərinə görə, 10 min nəfəri əhatə edən amnistiya aktı ilə 3 500 nəfər məhkum azadlığa buraxılıb.

Qeyd edək ki, amnistiya aktı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunub. Amnistiya aktının icra müddəti 4 ay olub, iyunun 15-dən oktyabrın 15-dək davam edib.