Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri dəyişdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, UEFA D qrupunun IV turu çərçivəsində oktyabrın 13-də baş tutacaq görüş Krakov şəhərinin "Krakoviya" stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Qeyd edək ki, əvvəl oyunun Vrotslav şəhərindəki "Tarçinski Arena"da keçirilməsi planlaşdırılırdı.