Avqustun 24 -də qeyd olunan Müstəqillik Günü ərəfəsində Avropa İttifaqı Ukraynaya 4,05 milyard avro köçürüb.

"Unikal" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen açıqlayıb. 

"Bu yeni maliyyə bizim təkcə Ukraynanın yenidən qurulmasına deyil, həm də onun suveren və demokratik ölkə kimi gələcəyinin qurulmasına sadiqliyimizi vurğulayır", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu