Bir neçə gündür davam edən yağışlar Bakının Xətai rayonunda yerləşən 48 saylı orta məktəbin stadionunu uçurub.
Unikal.org xəbər  verir ki, bu barədə bakipost.az-a ərazidə yaşayan sakinlər məlumat verib. Bildiriblər ki, uçquna səbəb torpaq sürüşməsi olub. 48 saylı məktəbin təsərrüfat müdiri Vidadi Həsənov saytımıza açıqlamasında faktı təsdiqləyib və məktəbin sürüşmə zonasında yerləşdiyini deyib:"Yağış suları yığışıb bir balaca çuxur əmələ gətirib. Hardasa bir 10 metr ərazi gecə ikən çöküb. Neyləyim, əlimi göyə tutacağam ki, yağış yağmasın?
V.Həsənov məktəbin stadionunun çökməsi ilə bağlı aiddiyəti qurumlara məlumat verildiyini deyib.

Məlumat üçün bildirək ki, Xətai rayonu 48 nömrəli tam orta məktəb 1977-ci ildə istifadəyə verilib. Məktəb 2014-cü ildə əsaslı təmir olunub.