Salyan və Tovuz rayonunda azyaşlı uşaqların üstünə qaynar su və yağ tökülüb.

Unikal.org report-a istinadən xəbər verir ki, Salyan rayonun Dayıkənd kəndində baş verib.
Belə ki, 5 yaşlı Aynurə Rəşad qızı Əliyeva valideynlərindən xəbərsiz termos qabını aşırıb, içərisindəki isti su üstünə tökülüb. Nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alan Aynurə Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Uşağa ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Həmçinin Tovuzda 3 yaşlı uşaq yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Dönük Qırıqlı kənd sakini, 2013-cü il təvəllüdlü Gülay Dinar qızı Musayeva bədənin 2 və 3-cü dərəcəli termiki yanığı xəsarəti ilə xəstəxanaya gətirilib.

Ona dərhal tibbi yardım göstərildikdən sonra Gəncədəki uşaq xəstəxanasına göndərilib.

Yaxınlarının bildirdiyinə görə, uşağın üstünə ərinmiş qaynar yağ dağılıb.