"İlhamə xanımın ətrafında çox gənc müğənnilər var idi. Biri brilyant bağışlayırdı ona, biri bahalı hədiyyə və s. Bəs hanı indi onlar?.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, müğənni, kanon ifaçısı Rəşad İlyasovun bu açıqlamaları mərhum xalq artisti İlhamə Quliyevanın ləl-cəvahiratlarını yenidən gündəmə gətirib.
Ötən ilin martında İlhamə Quliyeva bu faktı təsdiqləyərək qeyd etmişdi ki, onun saysız-hesabsız dostları var və bayramlarda, ad günlərində özü ağırlığında brilyant, qızıl hədiyyələr göndərirlər. Bir başqa müsahibəsində isə bildirmişdi ki, ona hədiyyə edilən, brilyant daş-qaşlarla bəzədilən tacın dəyəri 1 milyondur. Bu baxımdan həmkarları tərəfindən ən çox zinət əşyaları, on min manatlarla ölçülən daş-qaş dəstlərini alan müğənni İlhamə Quliyeva olub desək, yanılmarıq.
Maraqlıdır, şou-biznes nümayəndələrinin bu cür səxavətliliyi nədən irəli gəlirdi?
Bəzi iddialara görə müğənni bəxş olunan hədiyyələr müqabilində müğənnilərə "yaşıl işıq yandırıb. Kimisinə titullar verib, kimisini dəyərləndirib, kimisi üçün isə efirdən təriflər deyib. Bu kimin daha səxavətli olmağından asılı olub.
Bəs xalq artistinə bahalı hədiyyə edən şou-biznes məşhurları hansılardır?
Sualımıza cavab tapmaq üçün ilk növbədə mərhum sənətkarın titul, ad verdiyi həmkarları araşdırdıq. Onların bir neçəsini təqdim edirik.
Xalq artistinin "Şah titul verdiyi müğənni Nadir Qafarzadədir. İddialara görə ən çox zinət əşyası bağışlayan sənətçilərdən biri elə Nadir Qafarzadə olub.
"Şah titulundan sonra xalq artisti şou-biznesin "İmperatorunu da müəyyənləşdirmişdi. Bu titul isə müğənni Vasif Məhərrəmliyə qismət olmuşdu.
Həmçinin xalq artisti müğənni Natavan Həbibiyə "Prinsessa, Röyaya "Şou-biznesin kraliçası, Nazpəri Dostəliyevaya "Şərqin nazlı pərisi adlarını verib. Nazpəri Dostəliyeva məlum olaylardan sonra öz titulundan imtina edib.
"Şah titulunu alan müğənni Nadir Qafarzadə xalq artistinə bağışladığı bahalı qızıl üzük haqqında bunları deyib:
"Evliliyimin 20 illiyini qeyd edəndə İlhamə xanım öz kolleksiyasından mənim xanımıma gözəl brilyant üzük bağışlayıb.
"Hər şey göz qabağında idi. Özünüz görürdünüz ki, kim ona brilyant, qızıl və ya nə bağışlayırdı. Mən ancaq gül-çiçək bağışlayırdım. Hər verilişə gedəndə 50-60 manatlıq gül-çiçək bağlatdırıb hədiyyə edirdim. Heç vaxt brilyant, qızıl bağışlamamışam. Rəhmətlik qızılı, brilyantı çox sevirdi. Amma bir daha qeyd edirəm ki, şəxsən mən belə hədiyyələr verməmişəm.
"Bunu soruşmaq nəyə lazımdır? Ölüb, gedib də bu... Müğənniyə ad günündə nə hədiyyə edərlər? Hədiyyə etmişəm, təbii ki. Ad gününə dəvət edilirəmsə, əliboş gedəsi deyiləm ki. Amma nə hədiyyə etdiyimi deyə bilmərəm. Əgər sağ olsaydı deyərdim.
Xalq artisti tərəfindən "Şou-biznesin kraliçası adını alan müğənni Röya Ayxanda sənətkara bahalı üzük hədiyyə edənlər sırasındadır. Belə ki, bir neçə il bundan əvvəl müğənni konsertlərin birində həmkarı Zamiq Hüseynovla birlikdə xalq artistinə çox dəyərli üzük hədiyyə edib. Hədiyyədən məmnun qalan İlhamə Quliyeva hər iki müğənni barəsində təriflər yağdırıb. İllər sonra müğənni Röya Ayxan əməkdar artist adını alarkən mərhum sənətkar canlı efirə qoşularaq onu təbrik etmiş və onun üçün çox bahalı hədiyyə aldığını bildirmişdi:
Lakin bir neçə gün sonra İlhamə Quliyeva qəfildən dünyasını dəyişmişdi. Röya Ayxan sənətkarın vida mərasimində açıqlama verərək bildirmişdi ki, İlhamə Quliyeva taclarını ona bağışlayıb.
İlhamə Quliyeva tacları haqqında da həqiqəti gizlədirmiş...
34 yaşını qeyd edərkən İlhamə Quliyevadan pul hədiyyəsi alan prodüser Tarix Əliyev (Tolik) bəs özü sənətkara hansı hədiyyələri bağışlayıb? Prodüser bildirib ki, sənətkara yalnız gül çələngləri hədiyyə edib:
"Çox müğənni İlhamə Quliyevanın yaşadığı vaxtda deyə bilmədiyi çox sözü indi deyir... Bəli, mən dəfələrlə görmüşəm ki, Nadir Qafarzadə, Faiq Ağayev ad günlərində brilyant üzüklər bağışlayıblar. Amma mən İlhamə xanıma həmişə gül çələngləri hədiyyə etmişəm. Hətta dəfn mərasimi zamanı Bakıda olmasam da böyük gül çələngi göndərmişdim.
"Çıxıb deyirdi ki, tacları brilyantlardan, zümrüddəndir. Əslində özü də bilirdi ki, bu, zarafatdır. Şou-biznesdə elə bir adam yoxdur ki, gedib bir milyon verib kiminsə başına tac qoysun. Belə bir şey yoxdur.
"İlhamə xanımı söyüb, təhqir etdi, sonra diz çöküb, brilyant üzük bağışlayıb, əlini öpdü...
Bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan isə bildirib ki, 30 yaşını qeyd edərkən İlhamə Quliyeva ona bahalı üzük hədiyyə edib:
"Mən ona hədiyyə etməmişəm. Amma o mənə üzük bağışlayıb. Allah rəhmət eləsin. Hədiyyə olaraq mən ona "Ağ çiçəyim kimi zinət əşyası vermişəm. İlhamə xanım bu gün yoxdur. Hanı o qızıllar? Qalmadı. Tarixdə qalan Elza xanımın ona bağışladığı "Ağ çiçəyim oldu.
"Bəzi insanlar var idi ki, onun üzünə gülüb bahalı hədiyyələr edirdilər, o gedən kimi dalınca danışırdılar. Bunu şəxsən özüm eşitmişəm. Bu sənətdə olan bir kişi müğənni var, o elə insandır ki, yəqin özü də etiraf edər bunu, salonda İlhamə Quliyevanı təhqir etdi, söydü. Mən dedim ki, "ayıbdır, kişi xeylağısan, İlhamə xanım sənət dostumuzdur, yaşlı qadındır, sən niyə onu söyürsən?. Buna görə onunla aramızda mübahisə də oldu. Lakin bir həftə keçmədi ki, bir də gördüm həmin adam efirdə İlhamə xanıma bahalı brilyant üzük bağışladı, dizini yerə qoyub, əlindən öpdü. Əlim üzümə yapışdı.
Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva bu ilin fevralın 25-də tromboemboliyadan vəfat edib.