Unikal.org -un axşam.az-a istinadən məlumatına görə, müğənni Nadir Qafarzadə "Evdəkilərə salam verilişində oğlu Loğmanı evləndirmək istədiyini deyib. O bildirib ki, hələ oğluna layiqli qız tapa bilmir.
N.Qafarzadə "Bəlkə sənət dostlarınızdan birinin qızını alıb, qohum olasan sualına etiraz edib:
"Yox, sənətçi övladı almaram. Sənət adamının qızını istəmirəm. Bu mənim şəxsi fikrimdir. Bəzi söz-söhbətlər var ki, ailə içində qalmalıdır. Gərək bir-birinizə o qədər bağlanasınız ki, söz aranızdan çıxmasın".