Müğənni Bülent Ersoy məhkəmədən yeni qərar çıxarılmasını tələb edib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, 1981-ci ildə cinsiyyətini dəyişmək üçün əməliyyat olunan Bülent, kişi olduğu vaxtlara adi fotolarının yayılmasını istəmir. Bununla bağlı məhəkəmə də artıq qərar çıxarıb.
Sənətçinin digər tələbi isə mediada onun gündəlik həyatı barədə xəbərlərin yayılmaması olub. Lakin məhkəmə "Bu, artıq senzuradır" deyərək tələbi rədd edib.