Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi 18 oktyabr Müstəqillik Günü ilə bağlı İlham Əliyevə məktub göndərib.
Unikal.org xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Zati-alinizi Azərbaycan Respublikasının Müstəqillik Gününün ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Bu xoş fürsətdən istifadə edib, bildirmək istərdim ki, dost ölkələrimiz və xalqlarımız arasında möhkəm əlaqələr və hərtərəfli qarşılıqlı əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək.
Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza bu əlamətdar gün münasibətilə rifah və tərəqqi arzu edirəm.
Böyük hörmət və ehtiramla, Əbdülfəttah əs-Sisi Misir Ərəb Respublikasının Prezidenti".