18 Oktyabr Dövlət müstəqllik günü ilə bağlı Fələstin və İsrail prezidentləri də İlham Əliyevə məktub göndərib.
Unikal.org xəbər verir ki, məktubda deyilir:
"Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Zati-alinizi, qardaş Azərbaycan hökuməti və xalqını Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bu münasibətlə Sizə, ölkənizə və qardaş Azərbaycan xalqına tərəqqi, xoşbəxtlik və rifah arzulayır, xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin ehtiramımızı ifadə edir, bu əlaqələrin inkişaf etdirilməsi və ölkələrimiz üçün xeyirli olan müştərək məqsədlərimizə xidmət naminə aramızdakı qardaşlıq, əməkdaşlıq yollarının davam etdirilməsindən sonsuz məmnunluq duyuruq. Sizin xalqımızın hüquqlarına və müstəqil Fələstin Dövlətinin yaradılmasına göstərdiyiniz qardaşlıq dəstəyinizə görə minnətdarlığımızı bildiririk.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzulayıram. Xahiş edirəm ən səmimi təbriklərimi qəbul edin".
"İsrailin Prezidenti Reuven Rivlindən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü günü mənə imkan yaradır ki, İsrail xalqı adından və öz adımdan Sizə şəxsi əmin-amanlıq, Azərbaycanın davamlı inkişafı və xalqın rifahı üçün ürəkdən gələn ən xoş arzularımı çatdırım.
Zati-aliləri, xahiş edirəm Sizə olan böyük hörmət və səmimiyyətimi qəbul edin".