"Azərbaycan Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi səbəbindən təəssüf ki, insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəlikləri bu ərazidə tam yerinə yetirə bilmir".

Unikal.org apa-ya istinadən məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları Komitəsinin Cenevrədə keçirilən 118-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın icrası üzrə 4-cü dövrü hesabatının təqdim olunduğu iclasda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan 20 ildir, bu işğalı davam etdirir: "Bu il isə beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deməkdir. Bu işğal və etnik təmizləmə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, əsas insan hüquq və azadlıqlarından məhrum edilib. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub, insanları qətlə yetirib, hərbi cinayətlər törədib. Xocalı faciəsi baş verib. Lakin Azərbaycan münaqişəsinin sülh yolu, ilə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarıdır.

Xələf Xələfov Azərbaycanda insan hüquqlarındanda danışıb: "Azərbaycan insan hüquqları və fundamental azadlıqlar prinsiplərinə sadiqdir. Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq, insan hüquqları sahəsi də daxil olmaqla, ölkə qanunvericiliyini daim təkmilləşdirilir və beynəlxalq standartlara uyğunlaşdırır. Sentyabrın 26-da ölkədə keçirilən referendumdan sonra Konstitusiyaya edilən dəyişikliklər insan ləyaqətinə hörmət və müdafiəni təmin edir, hüquqlardan sui-istifadənin qarşısını alır. Bu dəyişikliklər insan hüquq və azadlıqlarının gələcəkdə konstitusional cəhətdən daha da möhkəmlənməsinə, səmərəli və çevik dövlət idarəçiliyinə və iqtisadi islahatların effektivliyinə yönəlib.

Xələf Xələfov korrupsiya, insan alveri və məişət zorakılığına qarşı mübarizədə əldə olunan irəliləyişlərdən də danışıb.