On altı yaşlı braziliyalı futbolçu Lukaş Xesus dos Santosun cəsədi San-Pauluda hovuzun dibindən tapılıb.
Unikal.org Report-a istinadən xəbər verir ki, bu barədə "Folha de S. Paulo" nəşri yazıb.
Polisin məlumatına görə, çərşənbə günü o, komanda yoldaşları ilə hovuzda olub və özünü pis hiss edib. Oyunçular hovuzu tərk etdikdən sonra, dos Santos nə isə yaddan çıxartdığı üçün geri qayıdıb.
"Portuqeza" klubunun gənclər heyətində çıxış edən yeniyetmə futbolçunun cəsədi cümə axşamı səhər aşkar edilib. Polis yoxlama aparır. Ölümün səbəbləri barədə məlumat verilmir.