"Belarus Avropa Oyunlarının keçirilməsində Azərbaycanın təcrübəsindən yararlanır".
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib.
A.Lukaşenko qeyd edib: "Sizin təcrübəniz bizim üçün çox vacibdir".
Prezident əlavə edib ki, bu məsələdə Azərbaycanı ötüb keçmək mümkün deyil.
Qeyd edək ki, Avropa Olimpiya Komitələrinin Minskdə keçirilən 45-ci Baş Assambleyasında Belarus paytaxtının II Avropa Oyunlarına ev sahibliyi etməsinə dair qərar verilib.
Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçirilmişdi.