"ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib və Azərbaycan və Ermənistan ilə bu münaqişənin həlli üçün səylərini davam etdirir".
Unikal.org məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Səfir xatırladıb ki, sabah ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Azərbaycana səfər edəcək. Onun sözlərinə görə, səfərdə məqsəd tərəfləri yaxınlaşdırmağa cəhd etmək və münaqişənin həllinə təkan verməkdir.
Səfir Azərbaycan ABŞ əlaqələrindəndə söz açıb:
"Hər iki tərəf əlaqələrin inkişafı üzərində işləyib, addımlar atıb. Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi daha güclüdür. Biz Azərbaycanla daha sıx münasibət istəyirik və düşünürük ki, daha yaxşısına nail ola bilərik.