"Mən və həmkarlarım səbirsizliklə Azərbaycan prezidenti ilə görüşü gözləyirik.
Unikal.org-un məlumatına görə, bu sözləri Bakıda mətbuat konfransı keçirən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
"Biz əhəmiyyətli və vacib işimizi davam etdirməyə hazırıq. Vyana və Sankt-Peterburq görüşlərində Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün yaxşı imkan yaranıb. Bakıda və İrəvanda bu istiqamətdə danışıqları davam etdirəcəyik, - deyə C. Uorlik söyləyib.
O bildirib ki, ABŞ, Rusiya və Fransa münaqişənin həllinin tapılması istiqamətində sıx fəaliyyət göstərir: "Biz bu yaxınlarda Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşdük. Hər üç həmsədrin bölüşdüyü bir məqsəd var: biz münaqişənin sülh yolu ilə həllini tapmaq istəyirik.