Ana bətnindəki uşaq fərqli-fərqli zamanlarda iki dəfə dünyaya gəlib.
Unikal.org xəbər verir ki, möcüzəvi hadisə ABŞ-ın Texas ştatında baş verib. Marqaret Bumer adlı qadının dünyaya gətirdiyi Linli Houp adlı qızcığaz iki dəfə doğulmaqla tarixə düşüb.
Hamiləliyinin 16-cı həftəsində müayinə olunmağa gələn Marqaret həkimlərin dediklərini eşidəndə şoka düşüb. Bətnindəki uşağın bədənində şiş əmələ gəldiyini üzə çıxaran tibb işçiləri, onun ölmək üzrə olduğunu bildirib:
Həkimlər dedi ki, əməliyyat yolu ilə uşağın sağ qalma ehtimalı 50 faizdir. Həyat yoldaşımla bu qərara gəldik ki, bətndəki uşağı öldürə bilmərik, ona yaşamaq üçün bir şans verməliyik".
Ananın bətnindəki uşağı əməliyyatla çıxaran cərrahlar, onun bədənindəki şişi kəsib götürdükdən sonra uşağı yenidən bətnə yerləşdiriblər. Bu həm də uşağın ilk dünyaya gəlişi olub.
Həyatına yenidən bətndə davam edən Linli, 12 həftə sonra yenidən dünyaya gəlib. Bu dəfə daha sağlam olan qızcığaz bir daha əməliyyat olunub və şişin qalan hissəsi də kəsilərək götürülüb.
Daha ətraflı videodan izləyin: