Çin təbabətində bu üsuldan geniş istifadə olunur. Yatmamışdan əvvəl ayağınızın altına bir dilim soğan bağlasanız, bir çox xəstəliklərdən uzaq ola bilərsiniz.

Unikal.org  bildirir ki, əgər soğanın iyindən narahat olursunuzsa, onda soğanı yerləşdirib streçlə sarıya və ya yara bantları ilə yapışdıra bilərsiniz. Üzərindən isə corab geyinin. Soğan qaraciyərin fəaliyyətini stimullaşdırır, qanı təmizləyir, orqanizmi fosfor turşusu ilə təmin edir, revmatizma və yorğunluq ağrılarını azaldır, dəridə olan bakteriyaları öldürürür, ayaq çatlarını sağaldır, dərini yumşaq və hamar edir, ayaqdan gələn pis qoxunu yox edir.

Ayaq altında 7000 sinir sonluğu var, insan gün ərzində ayaqqabı geyindiyi üçün, bu nöqtələrlə orqanizmə göndərilən enerji passiv olur, soğan dilimi torpaqda ayaqyalın gəzmək rolunu oynayır, sinir sonluqlarına müsbət enerji verir.

Bu proseduranı etsəniz, səhərlər necə gümrah, enerjili oyandığınızı görəcəksiniz.