Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç bu gün "ADA Universitetində olub.

Prezident Kolinda Qrabar-Kitaroviç tələbələr qarşısında Azərbaycan-Xorvatiya əlaqələri mövzusunda mühazirə ilə çıxış edib.

Xorvatiya Prezidenti iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirib. O, Azərbaycanın Avropa ilə Asiya arasında oynadığı körpü rolundan, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələrindən danışıb.

Sonda Prezident tələbələrin suallarını cavablandırıb.