Xəbər verdiyimiz kimi, "Space telekanalında efirə gedən "Bu maraqlıdır verilişinin yayımı dayandırılıb.

Unikal.org-un məlumatına görə, proqramın aparıcısı Ülviyyə Əliyeva axşam.az-a açıqlamasında məsələyə münasibət bildirib:

"Biz yaradıcı insanlarıq, nə deyilsə edirik. Əgər yuxarı belə qərar verdisə, verilişin bağlanmasını tələb etdisə, demək məsləhət belə imiş. Onlar daha yaxşı bilirlər, biz nə deyə bilərik. Qismət olsa, başqa bir veriliş hazırlayarıq".

Qeyd edək ki, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov "Bu maraqlıdır" verilişində hər hansı qanun pozuntusu olmasa da, proqramda baş verənlərin efirin toyxanaya çevrilməsi tendensiyasının davam etdiyini söyləyib. O bildirib ki, bu tipli verilişlər xüsusilə "Space"də çoxdur demişdir.

Ü.Əliyeva proqramı keçmiş nişanlısı Ramiz Alışovla birlikdə aparırdı.