Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasova cinayət işi açılması ilə bağlı mətbuatda xəbər yayılıb.

Məsələ ilə bağlı sabiq nazirin vəkili Kamandar Nəsibov Unikal.org-a açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
"Bu yalan və əsassız xəbərdir. Arxasında hansısa maraqlar dayanır. Əli Abbasov barəsində cinayət işi yoxdur.