Image result for şort giydiği için tekme atan ve çıkarıldığı mahkemeBu gün Türkiyənin İstanbul şəhərində bələdiyyə avtobusunda qısa şort geyindiyinə görə tibb bacısını döyən Abdullah Çakıroğlunun məhkəməsi keçirilib. O, ifadəsi ilə hər kəsi təəccübləndirib.
 
Unikal.org milliyet.com-a istinadən xəbər verir ki, Abdullah ifadəsində deyib:

"Onun geyimi olduğu məkana uyğun deyildi. Bu da məni narahat edirdi. Camaatın anası, bacısı var. Hər kəsə mənfi təsir göstərirdi. Orada mənim şəhvət hissim oyanmadı. Sadəcə, ona yaraşmır deyə təpiklədim".

Döyülən Ayşegül Terzi isə ağlamaqla zaldakı insanlarıda kövrəldib: "Lütfən, mənə müdaxilə etməsin", - deyib.