İntensiv yağıntılar səbəbindən Masallının ayrı-ayrı yaşayış məntəqələrində subasmalar qeydə alınıb.

Unikal.org APA-ya istinadən bildirir ki, ən acınacaqlı vəziyyət rayonun Böyük Təklə kəndindədir.

Bu kənddə 50-ə yaxın fərdi ev sel sularının altında qalıb. Sel suları evlərin zirzəmilərinə dolub, əkin sahələrinə ciddi ziyan vurub. Bundan əlavə xeyli sayda ev quşu tələf olub.

Yerli sakinlərin sözlərinə görə, onlar artıq ikinci ildir analoji problemlə qarşılaşırlar.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.