Bərdənin Əyricə kəndində körpü uçub.
Unikal.org apa-nın
Qarabağ bürosuna istinadən verdiyi xəbərə görə, körpünün uçmasına səbəb Tərtərçay
çayında suyun artması olub. Tərtərçay Hidroqovşağı İdarəsindən apa-ya
bildirilib ki, Ermənistan tərəfi, çaya işğal altında olan Sərsəng su
anbarından normadan artıq su buraxıb. Çayda suyun səviyyəsinin qalxması
Tərtərçay çayında və Aran Qarabağ bölgəsində 20 min hektar əkin sahəsini
suvarma suyu ilə təmin edən "Xan Arx" su kanalının lil və çınqılla
dolmasına səbəb olub. Hazırda sel sularının qarşısının alınması üçün
qabaqlayıcı tədbirlər görülür.
Çay suyunun qalxması Bərdənin Əyricə kəndi ərazisində yeni bərpa olunan körpüdəki tikinti işlərini də ləngidib.