Hazırda paytaxtın əsas küçə və prospektlərində avtonəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

Unikal.org bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, yalnız Ziya Bünyadov prospekti "20 Yanvar" dairəsi istiqamətində və Tbilisi prospektindən şəhər mərkəzi istiqamətində sıxlıq var. Z.Bünyadov prospektindəki sıxlıq həmin yolda baş verən yol nəqliyyat hadisəsi ilə bağlıdır.