Göygöl rayon sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Unikal.org-un apa-ya istinadən xəbər verir ki, rayonun Gəncə qəsəbə sakini 1997-ci il təvəllüdlü Elməddin Bayramov qarının kəsilmiş deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Yaxınlarının dediyinə görə, E. Bayramov özü özünə bıçaqla xəsarət yetirib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.