Müğənni Rəvan Qarayev ailəsi ilə tez-tez gündəmdə olan həmkarlarına söz atıb. 

Unikal.org xəbər verir ki, müğənni "10-dan sonra" verilişində "Efirdə əri ilə olsa belə öpüşmək tərbiyəsizlikdir". - fikrinə reaksiya verib. Süjetdə Xatirə və həyat yoldaşının fotosu verilib və qonaq olaraq da studiyaya Xatirə İslam dəvət olunub.

X. İslam açıqlamasında bildirib:

"O mənim şəxsi profilimdir. Rəvan heç vaxt mənə tərbiyəsiz deyə bilməz. O yəqin başqalarına deyib, o sözü ... Öpüşən yerdə şəkil qoymaq tərbiyəsizlik deyil. Mən müasirəm. Əvvəllər olsaydım dəli olardım. Rəvan mənə deməz. Məgər Xatirə adam deyil, Xatirənin dodağı yoxdur? Boş söhbətdir".




Big.az