"Taxtakörpü Su Elektrik Stansiyasında cari ilin sentyabr ayında 2,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin Mətbuat xidmətindən daxil olan məlumatda deyilir. 

2016-cı ilin 9 ayı ərzində isə bu elektrik stansiyasında 36,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 12.1 milyon kilovatsaat artıqdır.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.

Cari ilin son üç ayı ərzində "Taxtakörpü Su Elektrik Stansiyasında hidroaqreqatlara qrafik üzrə nəzərdə tutulmuş texniki xidmət işləri tam şəkildə yerinə yetirilib.

3 hidroaqreqatdan ibarət, ümumi gücü 25 meqavat olan bu SES 2013-cü ildə istismara verilib.