Müğənni-bəstəkar Rəhim Rəhimli şəxsi həyatıyla bağlı sirr açıb.
Unikal.org-un məlumatına görə, ifaçı "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinə bildirib ki, sevdiyi xanımla vətəndaş nigahında yaşayır:
"Bəylik kürsüsündə əyləşməyə hazır deyiləm. Ona görə də toy etmək, bu qədər insana əziyyət verib dəvət etmək düzgün olmaz. Axı bizim adət-ənənələrimiz var. Etiraf edim ki, mən indi vətəndaş nikahındayam. Münasibətdə olduğum biri var, xoşbəxtik. Şəhərin mərkəzində oluruq. Hələ ki, övlad sahibi olmağa, uşağın mənə "ata" deməsinə hazır deyiləm".