Aktrisa Nəsrin Cavadzadə 53-cü Beynəlxalq Antalya Festivalında geyindiyi xüsusi libas haqqında danışıb.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Azərbaycan əsilli aktrisa keçən il bu festivalda beynəlxalq mükafatların münsiflər heyətində olduğunu açıqlayıb:
"10 ildir bu festivala qatılıram. Bu il nə münsif idim, nə də filmim var idi, namizəd deyildim. Tamamilə utanmazlıqdan əlimi qolumu sallayıb gəldim".
35 yaşlı aktrisa qırmızı xalçada möhtəşəm olmağın vacibliyindən söz açıb:
"Dünyadakı bütün ulduzlar o günə hazırlaşır. Dizaynerlər ulduzları geyindirmək üçün yarışırlar. Bir tək bizdə belə olmur. Ancaq saç və makiyajımı özüm edirəm".
Nəsrin onun haqqında "diva" deyilməsinə gülümsəyərək cavab verib:
"Divalığımın ləzzətini çıxarıram. Evlilik düşünmürəm, çünki mənim kimi divaları xoşbəxt etmək çətindir. Diva olduğum üçün razı salınılması çətin adamam. Dörd pişiyim olduğu üçün ərə getmirəm. Evdə yer yoxdur".
Sosial mediada cəsur pozları ilə gündəmə gələn Cavadzadə "10 ildir aktrisalıq edirəm. Mükafatlarım çoxdur, 10 filmdə çəkilmişəm. Bir ildir İnstaqram işlədirəm, insanlar məni artıq internet fenomeni kimi tanıyır".