Ötən gün Xəzər TV-də yayımlanan ən reytinqli "5 də 5" verilişi qonaqlı-qaralı olub.
Unikal.org primetime.az-a istinadən xəbər verir ki, tanınmış aparıcı Zaur Kamalın təqdimatında yayımlanan proqramın qonaqları xalq artisti Ağadadaş Ağayev və əməkdar artist Mətanət İsgəndərli olub.
Mətanət xanım, Zaurun verilişinə hər zaman sevə-sevə gəldiyini bildirib:
"Yağış, boran, qar da olsa Zaur çağıran kimi gəlirəm. Çünki əgər səni sevən insan çağırırsa, ora mütləq getməlisən".
Müğənninin sözlərinə müdaxilə edən Zaur, "Kaş qayınanam olardın. Heyif ki, gecdir",-deyə söyləyib.
M.İsgəndərli isə "Zaur həmişə bu sözü mənə deyir. Kaş üç qızım olardı, birini sənə verərdim. Pərvanə kimi başına fırlanardım"-, deyə cavab verib.
"Kürəkəniniz olsaydım, mənə ev, maşın alardınız?" sualını verən Zaur, elə özü də "Kül onda mənim kişi başıma", cavabını verib.
Müğənni də həmçinin, kürəkənə avtomobil, ev alan qayınanaları bəyənmədiyini vurğulayıb:
"Mən nə ev alaram, nə də maşın. Qızımı ona verirəm, üstəlik ev də verməliyəm?! Mən heç vaxt elə etmərəm. Sonra həmin kürəkən, nə qayınanasına hörmət qoyar, nə də ailəsinin qədrini bilər. İnsan öz zəhməti ilə hər şeyə nail olanda, qədrini bilir".