Azərbaycanın məşhur prodüseri Təranə Səmədova yayılan şayələrə "ATV maqazin onlarla" verilişində son verib.

Unikal.org bildirir  ki, prodüser qızı Suelin atasının Kərim olmadığını deyib:

"Mənim Kərimlə ailə həyatımdan övladım olmayıb. Xeyr, qızım Kərimin övladı deyil. Ayrılmağımıza bir çox səbəb var idi... Bizim övladımız da olmurdu. Mən nə məcburam bu ailəni davam etdirməyə?! Kəbinlə görüşdüyüm insan gəldi ki, ya mən ya uşaq?! Dedim yox, mən uşağı saxlayacam. Səndən ayrılmağa razıyam, amma, uşaqdan imtina etməyəcəm. Hamiləlik dövrümü də tək keçirdim. Mən ona dedim ki, sən uşağımı saxlamağa icazə ver, mən sənin adını heç yerdə açıqlamayacam. Çox kökünə getsələr, lap yalan da danışaram, deyərəm süni mayalanma etdirdim. Həmin şəxsin şou bizneslə bir az yaxınlığı vardır. Dərinə getmə, mən söz vermişəm ki, ona bu haqda heç nə açıqlamayacam. Uşağa anam və mən baxıram. Atası onu iki dəfə görüb, bir dəfə də gəlmək istədi mən qoymadım. Atası ona heçnə etməyib. Ona bir kibrit boyda belə yaxşılıq etsə, mənim başıma qaxınc olar. Ona görə kibriti belə istəmirəm. Təmiz vicdanımla bilim ki, mən özüm böyütmüşəm övladımı. İkimizin birgə planımız olmayıb övlad, mən istəmişəm. Sağ olsun, icazə verib dünyaya gətirmişəm. Həyatımda nə problem olur olsun, sonda üzümü tutub, qucaqladığım yeganə varlığımdır, qızım".