- Tanışlığımız çox gözəl olub. O, mənim heyranım olub. Biz tanış olmadan öncə də mənim mahnılarımı dinləyirmiş. Təxminən 1 ilə yaxındır ki, danışırıq. İlk münasibətimizi dost kimi başladıq. Daha sonra onun mənə olan hisslərini gördüm. Hiss etdim ki, məni sevir. Bunu duyandan sonra özümə dedim ki, "niyə də yox?!. Mənə olan hörmətini, dəyərini görəndən sonra dedim ki, bu, mənim ailə quracağım insandır. Fevralın 14-ü "Sevgililər günündən bəri bir yerdə göründük və hər kəs bildi ki, sevdiyim insan var.
- Sizə qadağalar qoyurmu?
- Qadağa hələ yoxdur. Amma qısqancdır. Yəni geyimimə fikir verir. Onsuz da mən açıq-saçıq geyinmirəm. Ümumiyyətlə, çox qadağa da yaxşı bir şey deyil. Allaha çox şükür ki, aramızda güvən var. O, işə gedib-gələndən sonra gün ərzində yaşadıqlarını mənə danışır. Mənim işlərimlə də yaxından maraqlanır.
- Səhv etmirəmsə, ailə quracağınız bəyin ailəsi də keçmişdə musiqiçi olub.
- Bəli, nişanlımın özünün də gözəl səsi var. Atası isə gözəl saz ifa eləyir. Amma biznesinə görə illər öncə musiqidən uzaqlaşıb. Nişanlım biznesmendir, işləri var. İnsanın çox varlı olmağı da yaxşı deyil. Çünki həmin vaxt insanların gözünə girirsən. Bizi çox müzakirə edib, nəzərə gətirməsinlər. Hər zaman deyirəm ki, Allah pulu bizə nə çox verib özümüzdən çıxartsın, nə də az verib möhtac eləsin. Allaha çox şükür olsun ki, heç kimə möhtac deyilik. Gözəl səsim var. Bu yaşıma qədər nələrə nail olmuşamsa, səsimlə nail olmuşam. Çoxları deyirdi ki, Günelə maşın hədiyyə ediblər. Heç kim mənə maşın hədiyyə etməyib. Öz zəhmətimlə almışam. Bunu heç kimə də sübut etmək məcburiyyətində deyiləm. Nişanlımın ailəsindən də çox razıyam. Məni dəstəkləyirlər. Qayınanama ilk gündən "ana, qayınatama da "ata deyirəm. Nişanlımın ailəsinin də işimi dəstəkləməsi məni qürurlandırır. Mən bir verilişə çıxanda izləyirlər. Bu nüanslar məni çox sevindirir. Allah hər kəsin könlünə görə versin. Yaxşı ki, onun bu cür ailəsi var.
- Nişanlanmaq xəbəriniz çox müzakirə olundu. Sosial şəbəkədə tənqidi şərhlər yazanlar da çox idi...
- Lovğalığımı harda görüblər? Əslində lovğa sözünü də təzə öyrənmişəm. (gülür) Səsimlə bağlı özümdən razıyam. İstədiyim şəkildə oxuya bilirəm. Çox şükür. Sosial şəbəkədə mənə "lovğa yazanlara nə pis hərəkət etmişəm ki, onlar bu nəticəyə gəliblər. Paxıllıq, pislik etmək lazım deyil. Bir-birimizin qədrini bilməliyik.
- Susmaq hər zaman haqlı olmağın cavabıdır. Allah hər zaman deyir ki, "haqlısansa, sus. Mən də haqlı idim. Susdum və hər kəs də cavabını aldı.
- Türkiyə mətbuatında belə bir xəbər dərc olunmuşdu ki, guya siz Ebru Gündeşlə Rza Zərrabın boşanma xəbərinə qələbə işarəsi göstərməklə reaksiya vermisiniz.
- Onları yəqin taksilərdə tanıyırlar (gülür). Türkiyədə yalnız Zeynəb Xanlarovanı, Əzizə Mustafazadəni tanıyırlar. İndi isə məsələn, Röya Ayxan nələrsə eləməyə çalışır... Hər halda mən kiçik yaşlarımdan orada olduğum üçün onlar artıq məni mənimsəyib. Onların qızı kimiyəm. İndi Türkiyədə bacarıqlı iş görən Röyadır.