ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan əməkdar artist Naibə Allahverdiyeva maraqlı açıqlamalar verib.

Unikal.org xəbər verir ki, tanınmış aktrisa verilişdə şeir dedikdən sonra göz yaşlarını saxlaya bilməyib.

N. Allahverdiyeva bildirib ki, qadınlar kişilərdən çox asılıdır:

"Mən istəyərdim ki, əks cinsin nümayəndələri qadınlarımıza sahib çıxsınlar. Görəndə ki, qadınlarımız çox əziyyət çəkir, çox pis oluram. Bizim qadınlarımız çox gözəldirlər. Həm ailəcanlı, həm də yoldaşlarına sadiq... Dünyada Azərbaycan qadını kimisi yoxdur.

Başqa millətlərin də qadınları ilə ünsiyyətdə olmuşam. Onlar tamam başqadır. Bizim qadınlarımız kişilərimizdən asılıdır. Bizim qadınlarımız öz yoldaşlarını özlərinə arxa-dayaq hesab edirlər. Mən çox istərdim ki, kişilərimiz qadınlarımıza sahib çıxsınlar".