Daşkəsən rayonunda ağır yol qəzası baş verib.
Unikal.org lent.az-a istinadən bildirir ki, rayon mərkəzində, beşmərtəbəli binanın həyətində 1982-ci il təvəllüdlü İmamverdiyev İlqar Mustafa oğlu idarə etdiyi "VAZ 21 021" markalı avtomobillə 14 fevral 2010-cu il tarixində anadan olmuş Vahabzadə Ümid Ceyhun oğlunu vurub. Nəticədə 6 yaşlı uşaq aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Daşkəsən RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.