Lerik rayonunda məktəb direktoru qonşusunu bıçaqlayıb.
Unikal.org report-a istinadən bildirir ki, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.
Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zamanı A.Rəhimov qonşusunu bıçaqlayıb.
Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deşilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ çiyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.