Xəbər verdiyimiz kimi, Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın mirası ilə bağlı qalmaqallı açıqlama verib. Belə ki, müğənni İlhamənin var-dövlətinin oğlu Orxana deyil, dövlətə qalacağını iddia edib.
Unikal.org xəbər verir ki, məsələ ilə bağlı xalq artistinin oğlu Orxan Nadirov "Qafqazinfo"ya açıqlama verib.
Orxan qeyd edib ki, İlhamə Quliyevanın mirası onu maraqlandırmır:
"Bizim ailə vəkilimiz Habil Vəliyevdir. Bu mövzuyla bağlı Habil müəllim açıqlama verir. Yəni, mən o halda, əhvalda deyiləm. Hər hansı bir yazıya açıqlama vermək istəmirəm. Mənim üçün böyük bir önəm kəsb etmir. Mən yasımla məşğulam, evimdə yas var, yas saxlayıram. Kimlərləsə mal-mülk qırğını aparmıram. Mənə onlar qətiyyən maraqlı deyil. Mənə məclisim maraqlıdır".