Bakı şəhəri, Nəsimi rayonunda qadının çantasından kulli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Unikal.org "Report"a istinadən verdiyi xəbərə görə, Bakı şəhər sakini, 44 yaşlı Gültəkin Mehtiyeva hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Füzuli küçəsində əl çantasından 2 700 manat, 1 500 avro, 1 400 ABŞ dolları, 1 600 manat dəyərində qızıl zinət əşyaları və mobil telefon oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.